Həbsxanaya narkotik keçirmək üçün ağlagəlməz üsula əl atdılar

Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Ramiz Yunis oğluna qohumu Astara şəhər sakini İbrahimov İlqar Səfər oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan şirniyyat qutusunun içərisində gizlədilən 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,993 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 2,456 qram olan narkotik maddə – tiryək aşkar edilib.

Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Xəlilov Samir Əlibala oğluna tanışı Bakı şəhər sakini Savalanlı Ayxan Rövşən oğlunun gətirdiyi sovqata da baxış keçirilib. Bu zaman orada olan şor məhsulunun içərisində xüsusi üsulla gizlədilən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,912 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi