“Azəriqaz” qaz təchizatındakı müvəqqəti fasilələrlə bağlı məlumatları SMS-lə abonentlərə göndərməyə başlayıb

Ötən gündən etibarən “Azəriqaz” İstehsalat Birliyi təbii qaz təchizatında hər hansı bir səbəbdən baş verən müvəqqəti fasilələrlə bağlı məlumatları SMS bildirişlər şəklində abonentlərə göndərməyə başlayıb.

Birlikdən  bildirilib ki, bu proses pilot layihə olaraq ilkin mərhələdə 12 inzibati rayonu əhatə edir. Buraya Bakı şəhərinə daxil olan 11 rayon və Abşeron rayonu aid edilir. Məsələn, ötən gün Nərimanov rayonunda həyata keçirilən təmir işlərinə dair məlumat həmin ərazidə yaşayan abonentlərin bazada mövcud olan mobil nömrələrinə SMS formasında çatdırılıb. Bundan başqa Xəzər rayonu, Şüvalan qəsəbəsində də görülən işlərlə bağlı müvəqqəti fasilə barədə SMS bildiriş abonentlərə təqdim edilib.

Qeyd edək ki, SMS bildirişlər mahiyyət etibarilə də fərqlənir. Bildiriş mətnində qaz təchizatının hansı səbəbdən dayandırıldığı öz əksini tapır. Məsələn, müvəqqəti fasilə qaz sızması, təmir-tikinti, qəza və ya yeni qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən yarana bilər. “Azəriqaz” İstehsalat Birliyi pilot layihənin nəticələrini analiz etdikdən sonra proqram təminatında təkmilləşmə işləri aparmaqla gələcəkdə SMS bildirişlərin ölkə üzrə abonentlərə göndərilməsini nəzərdə tutur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi