Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin SAYI

Bu günə kimi Azərbaycanla Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 79 əsir dəyişdirilib.

Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin Azərbaycanda əsirlikdə olan ermənilərin sayı barədə suala cavabında Rusiya XİN rəsmisi Azərbaycan və Ermənistanın məlum məsələyə münasibətlərinin fərqli olduğunu vurğulayıb.

“İrəvan tərəfindən səslənən rəqəmlər mütəmadi olaraq dəyişir. Bakıdan başqa məlumatlar verilir. Məlumatlar arasındakı fərqliliyi nəzərə alıb dəqiqləşdirmək üçün tərəflərə müraciət etməyinizi məsləhət görürəm. Əminəm ki, onlar sizə ətraflı məlumat verəcəklər. Bu günə kimi isə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib. Əsirlərdən 63-ü Ermənistana, 16-sı isə Azərbaycana təhvil verilib. Bu məsələdə bir daha öz mövqeyimizi səsləndirmək istəyirəm: əsirlərin dəyişdirilməsinin optimal formulu “hamının hamıya” prinsipidir. Güman edirik ki, bu məsələnin tez zamanda həlli tərəflərə faciəvi səhifəni qapatmağa, diqqəti iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməyə yönəltməyə imkan verəcək”, –  M. Zaxarova qeyd edib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi