ABŞ-dakı Azərbaycan diasporu ermənipərəst konqresmeni ədalətli mövqe tutmağa çağırıb

Türkiyənin “Daily sabah” və Rusiyanın “Vestnik Kavkaza” xəbər saytları ABŞ-dakı Azərbaycan diasporunun ermənipərəst konqresmeni ədalətli mövqe tutmağa çağırması haqqında məqalə yayımlayıb.

Məqalələrdə qeyd edilib ki, Florida Azərbaycan–Amerika İcması ermənipərəst mövqeyi ilə tanınan respublikaçı konqresmen Qus Maykl Bilirakisə məktub ünvanlayaraq onun diqqətini bu yaxınlarda azad edilmiş Dağlıq Qarabağda ermənilərin törətdikləri cinayətkar və insan hüquqlarına zidd əməllərə cəlb edib. Soydaşlarımız konqresmeni daha dürüst mövqe tutmağa, sülhün əldə olunmasına təsir göstərməyə və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində çalışmağa çağırıblar. 

Müraciətdə 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğal altında saxlanıldığı, Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonda azərbaycanlılara qarşı etnik təmizlənmənin aparıldığı, Xocalı şəhərində mülki azərbaycanlılara qarşı hərbi cinayət və soyqırımı törədildiyi barədə ətraflı məlumat verilib. 

Ermənistanın dəfələrlə Azərbaycan torpaqlarında hərbi təxribatlara əl atdığı, 44 günlük müharibəyə səbəb olduğu, döyüş meydanından uzaq olan Azərbaycan şəhərlərindəki yaşayış məntəqələrinə kasset və raket bombaları atması nəticəsində 104 dinc sakinin həlak olduğu və 416 nəfərin yaralandığı, işğaldan azad edilmiş Azərbaycan rayonlarının ermənilər tərəfindən xarabalığa çevrildiyi barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin reportajlar yayımladığı, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanın mülki əhaliyə qarşı hücumlarını sərt şəkildə pislədiyi nəzərə çatdırılıb.

“Ümidvarıq ki, müharibənin ziyan vurduğu bölgədə etnik nifrət, haqsızlıq və işğal sona çatacaq və siz mövqeyinizdən yararlanaraq ABŞ konqresmeni və erməni məsələləri üzrə konqres qrupunun həmsədri kimi bölgədə sabitliyin inkişafı üçün sülhün təşviq olunmasına çalışacaqsınız”, – deyə soydaşlarımız vurğulayıblar.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür: 

https://www.dailysabah.com/world/americas/azerbaijani-americans-urge-pro-armenian-deputy-to-be-objective

https://vestnikkavkaza.net/analysis/Azerbaijani-Americans-urge-pro-Armenian-deputy-to-be-objective.html

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi