“Böyük dəbilqə” turnirinin ikinci günündə üç cüdoçumuz mübarizəyə qoşulacaq

Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın üç cüdoçusu mübarizəyə qoşulacaq.

Kişilərin yarışında Telman Vəliyev (73 kq) onaltıdabir finalda Lukas Rayter (Avstriya) ilə qarşılaşacaq. Səkkizdəbir finaldan mübarizəyə başlayan Zelim Tskayevin (81 kq) birinci görüşdə rəqibi yerli idmançı Ben Haroç olacaq. Onunla eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov isə onaltıdabir finalda rumıniyalı Marsel Çerçanı sınağa çəkəcək.

Qeyd edək ki, turnirin birinci günündə Azərbaycan komandası bir medal qazanıb. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü – 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə yeddinci yeri tutub. Turnirin birinci günündə mübarizə aparan digər idmançılarımız – Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mübarizəni erkən dayandırıblar.

Kişilərin və qadınların yarışlarında ümumi nəticəsinə görə, yığmamız Fransa, İsrail, İspaniya, Böyük Britaniya komandalarından sonra beşinci yerdədir.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi