Kürdə təhlükə yaranıb
AMEA-nın Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələri məlum olub.
Qeyd olunub ki, ümumilikdə respublika ərazisində ekstremal hidrometeoroloji halların sayı çoxalıb. Ən böhran vəziyyət Kür çayında müşahidə olunub, onun su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhvolma təhlükəsi yaranıb.
Bildirilib ki, iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri ayrıca araşdırılıb, günəş fəallığı ilə dənizin səviyyəsinin dəyişməsi arasındakı səbəb-nəticə əlaqələri tədqiq olunub və bu əsasda səviyyə dəyişmələrinin uzunmüddətli proqnozu verilib. Yaxın gələcəkdə səviyyənin kəskin dəyişmə ehtimalının çox az olacağı proqnozlaşdırılıb.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP