İtaliyanın “agenziastampa.net” xəbər portalında “Xocalı soyqırımı” sərlövhəli məqalə yerləşdirilib.

Azərbaycan-İtaliya Birliyinin təşəbbüsü ilə saytda yerləşdirilən məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan II Qarabağ savaşı zamanı son qoyulduğu barədə ətraflı məlumat verilib.

Yazıda Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətlə məruz qalmız xocalıların meyitlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalisti Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.

Xocalı soyqırımının təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə etirafı, erməni yazıçı Markar Melkonyanın isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabda erməni əsgərlərinin dinc xocalıları qətlə yetirdiyini yazdığı nəzərə çatdırılıb

Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı Xocalı soyqırımı kimi rəsmən tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar. 

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://agenziastampa.net/2021/02/16/il-genocidio-di-khojaly

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi