Ermənistanda ZƏLZƏLƏ

Ermənistanın Çəmbərək rayonunda bir neçə dəqiqəlik fasilələrlə 3 dəfə zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə 5.2 bal gücündə, daha sonra isə 3.8 və 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentrinin Gürcüstan sərhədindən 81, 80 və 79 kilometr məsafədə, Azərbaycanla sərhəddə yerləşdiyi bildirilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP