Avropa Parlamenti ilə canlı bağlantı

Bu gün Avropa Parlamenti ilə Milli Məclis arasında canlı bağlantı olub. Video-formatda keçirilən görüşdə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədrləri Cavanşir Feyziyev və Marina Calyurand bölgəmizdəki son durumu müzakirə ediblər.

Millət vəkili Cavanşir Feyziyev Azərbaycan, Rusiya və Ermənistan arasında dövlət başçıları səviyyəsində keçirilən 11 yanvar görüşündə qəbul olunmuş qərarları xatırladıb. Bu günlərdə hər üç ölkənin baş nazir müavinləri səviyyəsində yaradılmış formatda keçirilən ilk görüşdə bölgədə nəqliyyat kommunikasiyalarının bərpası haqqında fikir mübadiləsi aparıldığı diqqətə çatdırılıb. Millət vəkili tərəfindən işğaldan azad olunmuş ərazilərdə Azərbaycan höküməti tərəfindən aparılan quruculuq layihələri və işləri haqqında ətraflı məlumat verilib. Cavanşir Feyziyev həmçinin işğal altında qalmış ərazilərdə bütün infrastruktur və yaşayış binalarının, o cümlədən Azərbaycan tarixinə aid maddi-mədəni abidələrin dağıdıldığını qeyd edib, xüsusilə məscidlərin və digər dini abidələrin yer üzündən silinməsi və muzeylərin qarət olunması haqqında Avropalı həmkarını ətraflı məlumatlandırıb.

Post-münaqişə dövrünün tənzimlənməsi ilə bağlı sual ətrafında müzakirələr zamanı Milli Məclisin deputatı bu günlərdə Türkiyə-Rusiya Birgə Monitoring Mərkəzinin fəaliyyətə başlamasını bildirib. Deputat bildirib ki, bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin qarşılıqlı surətdə açılması Azərbaycan-Ermənistan münasibətlərinin də praqmatik gündəlik əsasında formalaşacağına zəmin yaradacaq və daha geniş miqyasda regional əməkdaşlığı stimullaşdıracaq. AP təmsilçisinin ermənilərin tez-tez qaldırdığı “hərbi əsirlər” məsələsinə münasibət bildirən Cavanşir Feyziyev deyib ki, bu məsələ Ermənistan təmsilçiləri tərəfindən dünya birliyinə və o cümlədən beynəlxalq mediaya doğru təqdim olunmur. Məsələnin mahiyyəti ondan ibarətdir ki,  noyabrın sonu-dekabrın əvvəllərində əsir götürülmüş erməni hərbçilərinin hüquqi statusu müharibə əsirləri statusundan fərqlidir.

Deputat bildirib ki, 9 noyabr 2020-ci ildə tərəflər arasında atəşkəs haqqında Bəyanat imzalandıqdan sonra həmin Bəyanatın müvafiq bəndinə uyğun olaraq bütün müharibə əsirləri qarşılıqlı surətdə geri qaytarılıb. Hazırda Azərbaycanda həbsdə saxlanan hərbçilər isə atəşkəs rejiminin qüvvədə olduğu dövrdə beynəlxalq qanunlara zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazisinə terror aktları və diversiyalar təşkil etmək məqsədilə göndərilib. Digər tərəfdən, həbsdə olan erməni hərbçiləri arasında 90-cı illərdə Azərbaycan ərazisində xüsusilə ağır cinayətlər törətmiş şəxslər də var ki, onlar törətdikləri cinayət əməllərinə görə məsuliyyət daşıyırlar və hərbi əsirlər hesab oluna bilməzlər. Deputatın səsləndirdiyi fikirlərlə razılaşdığını bildirən xanım Marina Kalyurand hökümətlərarası kontakt qruplarında bu məsələlərə aydınlıq gətiriləcəyinə əmin olduğunu bildirib.

Tərəflər Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin pandemiya dövrünün tələblərinə uyğun şəkildə davam etdirilməsi  və növbəti görüşün gələn ay ərzində daha geniş tərkibdə keçirilməsi haqqında razılaşıblar.

Açıklama yok.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi