ABŞ-ın alternativ planı Kürd dövlətini yaratmaqdan ibarətdir.

          Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin görüşü, həm bütün sahələrdə qarşilıqlı əməkdaşlıq, həm də Suriya böhranının həllinə dair gələcəkdə birgə hərəkət konteksti barədə fikir mübadiləsi idi. Danışıqlar geniş spektoru əhatə etsə də, gündəlikdə ən vacib ikitərəfli münasibətlərin strateji məcrada möhkəmlənməsi, təhlükəsizlik probleminin həlli və geosiyasi zəmində qarşılıqlı əməkdaşlıqdır. Bu sözləri politoloq Tofiq Abbasov Ərdoğan-Putin görüşünü şərh edərkən söyləyib.
           Onun fikrincə, Ankara ilə Moskvanın yaxınlaşması hazırda Vaşinqtonu son dərəcə narahat edir deyə, Ərdoğanla Putin məqsədyönlü tədbirlər görməklə əməkdaşlıq bazasını möhkəmləndirməyə qərar veriblər. Ona görə də tərəflərin qaz bazarındakı əməkdaşlığı son dərəcə əhəməyyitli məsələyə çevrilir. Demək olar ki, bu istiqamətdə Ankara ilə Moskva israr nümayiş etdirirlər ki, “türk axını” təxirə salınmadan gerçəkləşsin. O ki qaldı təhlükəsilik zəminində əməkdaşlığa, burda bir neçə istiqamət var. Ən mühümü Suriyada vəziyyətin nəzarətdən çıxmamasıdır ki, Astana formatının kəsəri öz qüvvəsini saxlasın. Burda Ankara, Moskva və Tehranın yanaşmaları üst-üstə düşür və Qərb bu üçbucaqda yaranmış anlaşmanı pozmaq niyyətindən əl çəkmir.
          Məhz buna görə də, üç tərtəfin koordinasiyası strateji anlama gəlir. Bu fonda İraq Kürdüstanının keçirdiyi referendum yeni təhdidləri gündəmə gətirməklə, iki ölkəni yeni müstəvidə həmahəng hərəkət etməyə sövq edir. Bu məsələdə həm Moskva, həm də Tehran Ankaranın inadına daha çox güvənirlər. Çünki 2010-2011-ci illərdə hələ Ərdoğan baş nazir statusunda Ərbilə əl uzaldıb çox dəstək verdi. Lakin həmin münasibətin qarşılığında Məsud Bərzani söz vermişdi ki, müstəqillik ideyasına üz tutmadan əməkdaşlığı davam etdirəcək. İndi isə onun verdiyi sözdən qaçması yenə də Vaşinqtonun müdaxiləsi nəticəsində baş verir. Yəni, daha bir məsələdə Amerikanın rolu Moskva-Ankara-Tehran oxuna zidd çıxır. Buna görə də, üçlük yenə vahid mövqe formalaşdırmaq məcburiyyətində qalır. Əgər Türkiyə və İran üçün İraq Kürdüstanının müstəqillik elan etməsi birbaşa təhdid və riskə çevrilirsə, bu təhlükəli cərəyandan Rusiyaya da böyük bir pay düşür. Amerika Yaxın və Orta Şərqin ürəyində yeni dövləti ona görə yaradır ki, öz siyasətini onun vasitəsi ilə yeritsin. Əgər “İslam dövləti” layihəsi iflasa uğrayıbsa, bu o demək deyil ki, Ağ ev bölgədə məğlub olub oradan geri çəkilir. ABŞ-ın alternativ planı Kürd dövlətini yaratmaqdan ibarətdir ki, Şərqin yeni arxitekturasının xəritəsini cızmaqdan ötrü birinci və vacib təməl daşını qoysun. Bu üç müttəfiq məmləkətə qətiyyən lazım deyil.
            Bu səbəbdən də Ankara, Moskva və Tehran yenə də vahid mövqedən çıxış etməyə məcburdurlar. Ona görə də Putinlə Ərdoğanın Ankaradakı danışıqlarında problemlə bağlı verdikləri qərar çox vacibdir. Çox guman ki, İran da yekun qərarlarla bağlı dərhal məlumatlandırırlacaq. Bu problemlərin müzakirəsi və həyata keçirilməsi təxirəsalınmazdır və Ankara danışıqlarından vacib nəticələr gözləməyə dəyər… Moskva, Tehran və Ankara bölgə dövlətlərinin parçalanmasına qəti ziddirlər. Onlar anlayırlar ki, həmin o dağıdıcı cərəyan Amerikaya ona görə lazımdır ki, ümumiyyətlə Şərqin tək xəritəsi deyil, həm də ab-havası köklü sürətdə dəyişsin. Bu dəyişikliyi də Amerika öz müttəfiqləri ilə birgə, yalnız öz mənafeyi üçün istəyir…
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi