Deputat Emin Hacıyev şəhid və qazi ailələri ilə görüşüb

Milli Məclisin deputatı  Emin Hacıyev deputat seçildiyi Sumqayıt şəhərində şəhid və qazi ailələrini mütəmadi ziyarət edir və onların qayğıları ilə maraqlanır. Deputat ötən gün bir neçə şəhid və qazi ailəsi ilə görüşüb, onlara ehtiramını ifadə edib.

Deputat bildirib ki: “Ölkəmizlə bağlı bütün taleyüklü məsələlərdə sumqayıtlılar daim öndə gedib, vətəndaşlıq borclarını vicdanla yerinə yetirib və bu borcu sədaqətlə ödəyiblər. Qarabağın işğalı başlayandan bu günə qədər Sumqayıt şəhəri yüzlərlə şəhid verib, minlərlə şəhər sakini döyüşlərdə yaralanıb, onlarla insan Vətən müharibəsində əlil olub.

Ötən il sentyabrın 27-də başlayan sonuncu Qarabağ savaşı qəhrəman sumqayıtlıları ayağa qaldıraraq səfərbər edib,  Cənab Ali Baş Komandanın əmrinə tabe olan neçə-neçə gənc cəbhəyə yollanıb və onlar torpaqlarımızın mənfur düşməndən təmizlənməsində öz töhfələrini veriblər.

Sumqayıt şəhərində elə məhlələr, elə yaşayış binaları var ki, bir-biri ilə qonşu olan neçə-neçə gəncimiz şəhidlik zirvəsinə də birlikdə ucalıblar.

Biz vaxtaşırı şəhid və qazilərimizin ailələrini ziyarət edir, hansı qayğılarla yaşadıqlarını öyrənir, hər hansı çətinlikləri varsa, onların həllində yaxından iştirak edirik. Bu dəfə də bir neçə ailə ilə görüşdük, Qarabağda qazandığımız böyük zəfər, qəhrəman oğullarımızın rəşadətləri barədə söhbət etdik, şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizin vəziyyətilə maraqlandıq.

Görüş zamanı ölkə rəhbərliyinin şəhid və qazi ailələrini daim diqqətdə saxlaması, onların fədakarlıqlarının qarşılıqsız qalmaması barədə ətraflı danışdıq. Ailələr Cənab Prezident İlham Əliyevin sərəncamı ilə övladlarının, ümumilikdə müharibə iştirakçılarının orden və medallarla, fəxri adlarla təltif olunmalarını böyük minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirib, Cənab Ali Baş Komandana  diqqət və qayğıya görə təşəkkür ediblər.

Bununla yanaşı, onlar hər zaman Heydər Əliyev Fondunun, eləcə də yeni yaradılan “Yaşat” Fondunun  qayğısını hiss etdiklərini də diqqətə çatdırıblar.

Övlad itirməklərinə baxmayaraq şəhid ailələrinin ruh yüksəkliyi  hər birimizi qürurlandırır. Biz xalqımızla, xalqın qəhrəman övladları ilə hər zaman fəxr edirik.

Şəhid və qazi ailələrini ziyarətlərimiz davam edir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır