Əfsanəvi məşqçinin cəzası açıqlandı
Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyunda qırmızı vərəqə alan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, görüşün 69-cu dəqiqəsində texniki zonadan qovulan təcrübəli mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.
Nizam-İntizam Komitəsi müxtəlif maddələri birləşdirərək, Terimin qarşıdakı 4 matçda texniki zonada yer almamasını qərara alıb. Çünki “cim-bom” artıq bir görüşü (“Göztəpə” – 3:1) onsuz keçirib. Həmçinin “sarı-qırmızılılar” çalışdırıcıya görə 45 min 500 lirə məbləğində cərimələnib.
“Qalatasaray” rəhbərliyi qərara dərhal etirazını bildirib. Terim ya onlayn, ya da üz-üzə görüşlə özünü müdafiə etmək istəyir.
Qeyd edək ki, Fatih Terim “Trabzonspor”, “Antalyaspor”, “Konyaspor” və “Gənclərbirliyi” ilə qarşılaşmalarda “Qalatasaray”a kömək edə bilməyəcək.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP