Şəhid Xudayar Yusifzadənin qardaşı Diaspor FM-in qonağı olub

 

Vətən müharibəsinin şəhidi, ifası ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə Diaspor FM-ə müsahibə verib. Məhəmməd Yusifzadə qardaşı ilə bağlı uşaqlıq xatirələrindən, ailəliklə musiqiyə olan sevgilərindən, Xudayarın isə eyni zamanda, hərbi sahəyə marağından danışıb. O, könüllü olaraq cəbhəyə yollanan qardaşının müharibədə göstərdiyi şücaətləri, ağır döyüşlər zamanı özünün pozitivliyi ilə əsgərlərimiz arasında ruh yüksəkliyi yaratması ilə bağlı döyüş yoldaşlarının xatirələrini bölüşüb. Deyib ki, qanlı müharibədə əsgərlərin stressini azaltmaq, onların döyüş əhvalını qorumaq böyük qəhrəmanlıq idi. 

M.Yusifzadə Xudayarın 30 il sonra Qarabağ dağlarında ilk dəfə səsləndirdiyi Azərbaycan musiqisini oranjman edən musiqiçilərimizə, onu diqqətdə saxlayan jurnalistlərə və Azərbaycan diasporuna təşəkkürünü bildirib. O, 44 gün  ərzində ordumuzun müharibə meydanında apardığı mübarizə ilə yanaşı, xaircdə yaşayan soydaşlarımızın da informasiya cəbhəsində erməni lobbisi ilə mücadiləsini xüsusi vurğulayaraq minnətdarlığını ifadə edib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi olaraq uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə tezliklə şəfa diləyirik.

Diaspor FM-in adıçəkilən proqramını bu linkdə dinləmək olar:

 https://youtu.be/38h00O-WoLY

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi