Millət vəkili Emin Hacıyev: “Yaşat” Fondu hər bir azərbaycanlının Fondudur

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun -“YAŞAT” Fondunun yaradılması bütün dünya azərbaycanlılarının ürəyindən xəbər verdi”.
Bu fikirləri millət vəkili Emin Hacıyev söyləyib. Onun sözlərinə görə, “YAŞAT” Fondunun yaradılması ilk növbədə, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin, əhalinin sosial  rifah halının daha da yaxşılaşdırılmasına sonsuz diqqətin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətin ən bariz nümunəsidir.
Müşahidələr göstərir ki, Fondun yaradılmasına cəmiyyətin münasibəti olduqca müsbət oldu. Dövlətin fərmanla müəyyən olunan qruplara münasibəti ilə yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız “Yaşat” Fondu üçün bütün mümkün dəstəyi göstərəcəklərini ifadə edirlər. Bu da bir daha onu sübut edir ki, Azərbaycan xalqı humanizm prinsirlərini, yardımlaşma ənənəsini davam etdirir, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının ödənilməsinə həssaslıqla yanaşır, soydaşlarımızı yaşatmaq üçün əlindən gələni əsirgəmir.
Cənab Prezident İlham Əliyev Vətən  müharibəsində yaralanan soydaşlarımızla görüşündə dəfələrlə qeyd edib ki, şəhid ailələri, cəbhədə yaralananlar, müharibə iştirakçıları onun şəxsi nəzarətindədir. Bu gün hər yerdə  Cənab Prezidentin tapşırığını əsas götürərək şəhid ailələrinə və yaralılara,  hərbçilərə olduqca həssas münasibət göstərildiyini müşahidə edirik. Qəti əminik ki, bu qayğı bundan sonra bir az da artacaq və cəmiyyətin Vətən övladlarına, qazilərə, şəhid ailələrinə həssas münasibəti “Yaşat” Fondunun timsalında daha aydın formada ortaya qoyulacaq.
Daha sonra millət vəkili Emin Hacıyev  bir vətəndaş kimi özünün bütün imkanlarını səfərbər edərək, “Yaşat” Fonduna dəstək olacağını və hər bir Azərbaycan vətəndaşını bu məsələyə həssas yanaşmağa və yüzlərlə insanın ehtiyaclarının ödənilməsi üçün əllərindən gələni əsirgəməməyə çağırmışdır.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təkliflərinizi, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi