Kəlbəcər rayonunun təhsil statistikası açıqlanıb

Təhsil Nazirliyi Kəlbəcər rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən  bildirilib ki, Kəlbəcər rayonunda 1992-1993-cü tədris ilində – işğal olunana qədər 96 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 9 min 747, müəllimlərin sayı isə 1113 nəfər olub. 2020-2021-ci tədris ilində rayon üzrə 109 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 1952, şagirdlərin sayı isə 15 min 666 nəfərdir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP