ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu olub

Bağdadın “Yaşıl vadi” adlanan ərazisinə raket hücumu olub.

İraqın Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada bildirilir ki, burada ABŞ səfirliyinin yerləşdiyi əraziyə 7 raket atılıb. Hücum nəticəsində 1 uşaq ölüb, 5 nəfər ağır yaralanıb. Səfirliyin binasına zərər dəyib.

Hökumət binaları ilə yanaşı, ABŞ səfirliyinin binası da Bağdadın “Yaşıl vadi” adlanan ərazidə yerləşir. Terror aktını törədən qruplaşmanın məqsədi ABŞ səfirliyini dağıtmaq olub.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP