Bakı-Naxçıvan aviareysi bərpa olunur

Noyabrın 19-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, reyslər hər gün həyata keçiriləcək: Bakıdan uçuş – saat 13:00, Naxçıvandan uçuş – saat 16:10.

Hava gəmisinə COVID-19 testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Pandemiya dövründə reyslərin sayının məhdud olduğunu və yüksək tələbatı nəzərə alaraq, qeyd edilən istiqamətdə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir.

Növbəyə qeydiyyat iki üsulla həyata keçirilir – əks əlaqə forması üzrə və ya WhatsApp mesenceri vasitəsilə.

– Bakıdan Naxçıvana reyslər üçün: • https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54

– Naxçıvandan Bakıya reyslər üçün: • https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220

• WhatsApp: +994 60 487 30 11

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Aviaşirkət eyni zamanda onlayn forma və WhatsApp vasitəsilə müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağırış mərkəzinin işçiləri tərəfindən cavabların gecikdirilməsinə səbəb olacaq.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, aviaşirkətin çağırış mərkəzinə zənglər vasitəsilə bu istiqamətdə aviabiletlər üçün sorğular qəbul edilmir.

Pandemiya dövründə təsdiq edilmiş qaydalara əsasən, əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya ölçüləri 30x35x10 sm-dən çox olmayan portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə olunmalıdır) daşınmasına icazə verilir. Kağız və polietilen torbalar da daxil olmaqla, digər baqaj baqaj bölməsində qeydiyyatdan keçməlidir. Pulsuz daşınmasına icarə verilən baqajın icazə verilən maksimum çəkisi 23 kiloqramdir, ölçüləri üç ölçünün cəmində 158 santimetrdən çox olmamalıdır.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi