Münhendə qələbə münasibəti ilə avtoyürüş keçirilib

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimovuntəşəbbüsü və Münhendə yaşayan azərbaycanlıların iştirakı ilə Qarabağdakı tarixi qələbəmiz münasibətilə Münhen şəhərinin mərkəzi küçələrində avtoyürüş keçirilib. Üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən soydaşlarımız 30 illik işğala son qoyulmasını, qısa vaxtda qazandığımız tarixi qələbəni qürurla qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müzəffər Azərbaycan ordusunun şücaətinin və xalqın birliyinin nəticəsidir.

Tədbir iştirakçıları xalqımıza sonsuz sevinc hissini yaşadan hər kəsə minnətdarlığını bildirib və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP