İtaliyanın Roma və Piza şəhərlərində “9 Noyabr- Dövlət Bayraq günü” ilə əlaqədar tədbir keçirilib

İtaliya – Azərbaycan Birliyinin təşəbbüsü ilə “9 Noyabr- Dövlət Bayraq günü” ilə
əlaqədar İtaliyanın Roma və Piza şəhərində tədbir keçirilib. İtaliyada təhsil alan
Azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin
suverenliyinin rəmzi olan üçrəngli bayrağın Azərbaycanın işğal olunmuş
torpaqlarında yenidən dalğalanmasının dünyada yaşayan azərbaycanlılara sevinc
və fərəh hissi bəxş etdiyi vurğulanıb. Roma şəhərində “The Fontana della Dea
Roma” meydanında italiyalı musiqiçilərinin müşayəti ilə “Ay Laçın” mahnısını ifa
edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər. Tədbir iştirakçıları işğalçı
Ermənistan Ordusunun hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisinə qarşı
törətdiyi vandalizm aktlarına, münaqişə bölgəsindən uzaqda yerləşən günahsız
insanların, körpə uşaqların qətlə yetirilməsinə, mülki obyektlərin dağıdılmasına
dair hazırlanan məlumatverici lövhələr, plakatlar vasitəsi ilə Qarabağ həqiqətlərini
İtalya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar. Gəncə və Bərdə şəhərlərində,
eləcə də digər yaşayış məntəqələrində erməni terrorunun qurbanı olmuş şəxslərin
xatirəsi yad edilib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi