Sizin şahid olduqlarınızla bağlı şübhələrim var – Prezident BBC-nin jurnalistinə DƏRS KEÇDİ

Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var.

Bunu Prezident İlham Əliyevin “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısmı və jurnalist arasındakı dialoq:

Prezident: Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər.

– Prezident Əliyev, icazə verin, bizim BBC həmkarlarımızın nə gördüklərini Sizə deyim. Bu, şayiə deyil. Bu, BBC həmkarlarımız tərəfindən çəkilmişdir, onların gördükləridir. Onlar oktyabrın biri, ikisi və üçü Stepanakertdə və Dağlıq Qarabağda olublar. Onlar şəhərin, o cümlədən təcili tibbi yardım mərkəzinin xaotik mərmi atəşinə tutulmasını, yaşayış binasının dağıdılmasını, insanlar qaçmağa cəhd göstərəndə onların başlarının üstündə dronun olmasını, bir az sonra yaxınlıqda əlavə mərmi atəşlərinin açılmasını görüblər. Onlar bunu aydın hərbi hədəflər olmadan şəhərin sistemsiz mərmi atəşinə tutulması kimi xarakterizə etdilər. Bu, şayiə deyil. Bu, BBC-nin şahid olduğu və lentə aldığı hadisədir.

– Mənim sizin şahid olduqlarınızla bağlı şübhələrim var. Şübhələrim var.

– Lakin Prezident Əliyev, onlar orada idilər.

– Nə olsun ki, onlar orada idilər? Bu, heç nə demək deyil. Bu, feyk xəbər ola bilər. Bizim hərbi…

– Bu nəyə görə feyk xəbər olsun ki? Nəyə görə oraya gedən istənilən jurnalist feyk xəbərləri yayımlamağı qərara alsın ki?

– Münaqişəyə qərəzli mövqeyinə görə, beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma təbliğatına görə.

– Deməli, Sizi heç bir yanlışlıqda günahlandırmaq olmaz? Hər şey feyk xəbərdir?

– Əlbəttə, bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi