Helsinkidə erməni terroruna etiraz edilib

Finlandiyada təhsil alan tələbələrin təşəbbüsü və Skandinaviya Azərbaycanlılarının
Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər
təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın dəstəyi ilə Helsinki şəhərinin Mərkəzi
dəmiryolu vağzalının önündə işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını
qınayan icazəli aksiya keçirilib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə
başlayan aksiyada soydaşlarımız təcavüzkar Ermənistan ordusunun mülki şəxslərə
qarşı törətdiyi vandalizm aktlarını, münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə
və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin dinc əhalisinin qadağan
olunmuş ağır artilleriya silahlarından istifadə etməklə qətlə yetirilməsini, mülki
obyektlərin dağıdılmasını pisləyiblər. Terror qurbanlarının şəkilləri önündə şamlar
yandırılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əllərində erməni
təcavüzünü pisləyən məlumatverici plakatlar və Azərbaycan bayrağı tutan gənclər
fin və ingilis dillərində “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə
üçün dua et!” “Erməni terrorçuluğuna son!” kimi şüarlar səsləndiriblər. Həzin
Azərbaycan musiqilərinin canlı səsləndirildiyi dinc aksiya şəhər sakinlərinin və
turistlərin də diqqətini çəkib. Finlandiyada təhsil alan fəal gənclər Ofeliya
Verdiyeva, Fərhad Savoji, Şəfiqə Qasımzadə, Sevda Hüseynova, Aylin Cabbarlı,
Üzeyir Abbas, Ömər Mirzəyev, Fərid Əhmədiv, Aysu Saedi, Əsmər İbrahimzadə
və Mona Savojifar yerli sakinlərə Ermənistanın dinc əhaliyə qarşı terror aktı
törətməsi və günahsız insanların, o cümlədən azyaşlı uşaqların qətlə yetirilməsi
barədə məlumat veriblər.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib