Ural Federal Dairəsinin Azərbaycan diasporu hərbçilərimizin müalicəsi üçün bahalı tibbi avadanlıq göndərib

Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsində istifadə
olunan iki ədəd “Dermatom” tibbi cihazı və onlara əlavə materialları alaraq
Bakıya göndərib. Cihazlar Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə
yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün
artıq müvafiq ünvana yola salınıb.
Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri
Şahin Şıxlinski bildirib ki, həmin tibbi avadanlıq həkimlərin zərər çəkmiş şəxslərə
keyfiyyətli tibbi yardım göstərməsinə kömək edəcək. O, əlavə edib ki, yüksək
texnoloji avadanlıqların alınmasına bir qrup soydaşımız birlikdə vəsait sərf edib və
bundan sonra da xalqımızla bir yerdə olacağıq.
Ural Federal Dairəsinin Azərbaycan diasporu təcavüzkar erməni ordusunun
təxribatlarından zərər çəkənlərə yardım və dəstək göstərməkdə davam edir. Belə
ki, diaspor üzvləri Müdafiə nazirliyinin yardım fonduna xeyli vəsait köçürüb və
əsgərlərə humanitar yardım göndəriblər.
Soydaşlarımız Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı zərər
çəkən mülki şəxslərə, eləcə də əsgərlərə və onların ailələrinə bundan sonra da
humanitar yardım göstərməyə hazır olduqlarını diqqətə çatdırıblar.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi