Mayaminin əsas yollarında “Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr asılıb

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşəbbüsü və Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da Florida ştatının Mayami şəhərinin
mərkəzi yollarında Azərbaycan bayrağının və Qarabağ atlarının təsvir olunduğu,
“Karabakh is Azerbaijan” şüarı yazılmış lövhələr quraşdırılıb.
Assosiasiyanın sədri Tövhə Eminova lövhələrin ermənilərin sıx yaşadığı
ərazilərdə – “Fort Lauderdale” beynəlxalq hava limanının önündə və ABŞ-n digər
ştatlarına gedən yolları birləşdirən mərkəzi hissədə quraşdırıldığını deyib. O
Bildirib ki, bu yerlər təsadüfi seçilməyib, məqsəd odur ki, daha çox inşan
lövhələri və “Karabakh is Azerbaijan” şüarını görsün. Assosiasiya rəhbəri
ənənənin ABŞ-ın digər ştatlarında da davam etdiriləcəyini bildirib.
Tövhə Eminova, həmçinin əlavə edib ki, ABŞ-da yaşayan azərbaycanlılar
Ermənistanın işğalçılıq və terror siyasətinə qarşı bir yumruq kimi birləşib.
Qeyd edək ki, lövhələrin dizaynı ABŞ-da yaşayan həmyerlimiz Cəmilə
Cavadovaya və Bakıda yaşayan dizayner Emin Rzayevə məxsusdur.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi