Azərbaycan diasporu ordumuza və mülki əhaliyə yardım göndərir

Müzəffər ordumuzun maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin
olunmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları
orduya və mülki əhaliyə dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə
əllərindən gələni əsirgəmirlər.
Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı
diaspor fərdləri hərbi geyim və tibbi ləvazimatı, Türkiyədəki Gənc Azərbaycanlılar
Dərnəyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan, işləyən və təhsil alan
azərbaycanlılar müxtəlif zəruri məhsullardan ibarət 2.3 ton humanitar yardımı,
Ukrayna Azərbaycanlıları Konqresi 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət
Komitəsinə göndərib.
Bundan başqa, Rusiya Federasiyasında fəaliyyət göstərən “Azərbaycan-Ural”
Sverdlovsk Azərbaycanlılarının İctimai Təşkilatı Sverdlovskda yaşayan
azərbaycanlıların adından 2 ədəd Dermatom cərrahi aparatını və onun əlavə ehtiyat
hissələrindən ibarət dəsti Komitəyə çatdırıb.
Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar şəhid ailələrinə yardım
və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna yüz minlərlə
ianə köçürüblər.
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızdan gələn
yardımları ehtiyacı olan insanlara çatdırılması üçün aidiyyatı qurumlara təhvil
verib.
Azərbaycan diasporunun ordumuza, cəbhəyanı zonada yaşayan mülki əhaliyə,
erməni terrorundan zərər çəkənlərə yardımları davam edir və Komitəyə hər gün bu
məqsədlə yüzlərlə müraciət daxil olur.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi