Şotlandiyada erməni terroruna qarşı etiraz aksiyası keçirilib

Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin
mərkəzində yerləşən Saint Nicholas kilsəinin qarşısında icazəli aksiya
keçirib. Aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin
digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları
törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə
yetirilməsini pisləyiblər.
Aberdin şəhərində təhsil alan gənclərin və Azərbaycanlı icmasının
təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Bərdə
şəhərlərinin və digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır.
Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin
mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kassetli bombalar vasitəsi ilə
Bərdə şəhərinin dinc əhalisini hədəf alınmasına biganə qalmamağa səsləyib.
Aksiyada Gəncə və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib.
Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır “Uşaq ölümünə son”, “Erməni
terrorçuluğuna son!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” kimi
şüarlar səsləndirilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi