Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib

Avstriyanın Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törədilən terror aktları ilə bağlı bir sıra türk icma və təşkilatları ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, görüşdə Beynəlxalq Demokratlar Birliyinin Zaltsburq şöbəsinin (UID – Union of International Democrats) rəhbəri Erdoğan Kandemir, Avstriya Linz İslam Federasiyasının (ALİF) Mattiqhofen şöbəsinin nümayəndəsi Mustafa Kocak, Alperen Ocaqları Branau üzrə nümayəndəsi Ahmet Türkoğlu, UID gənclik qolları rəhbəri Abdulbaki Kandemir, Turan camisi və Ülkücü ocaqlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə son 100 ildə ermənilərin Azərbaycana qarşı yürütdükləri soyqırım siyasətindən, dinc insanlara qarşı törədilmiş Gəncə, Bərdə terrorlarından söhbət açılıb, qonaqlara erməni terorundan bəhs edən material və faktlar təqdim edilib.

Tədbir zamanı şərqdə yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə olan ərazisindən bəhs edilib və sübut kimi həmin dövrə aid xəritələr və İstiqlal Bəyannaməsi nümayiş etdirilib.

Bildirilib ki, ermənilərin yürütdükləri işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanın əzəli torpaqlarının bir qismi indiki Ermənistan ərazisində yerləşir və hətta Ermənistanın özü də bir dövlət kimi qədim Azərbaycan torpağı olan İrəvan xanlığının əraziləri hesabına formalaşb.

Tədbir iştirakçıları Gəncə və Bərdədəki terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə güllər, oyuncaqlar düzüb və şamlar yandırıblar.

Azərbaycan ordusunun işğalda olan bütün torpaqları tezliklə azad edəcəyinə, Ermənistanın xalqımıza qarşı apardığı təcavüzkar və terrorçu siyasətə son qoyulacağına əminlik ifadə olunub.

Tədbirin sonunda qonaqlara Azərbaycan tarixindən və ermənilərin terorundan bəhs edən kitablar hədiyyə olunub.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi