Müqavimət qırıldı, Azərbaycan Ordusu irəliləyir

Dağlıq Qarabağda eskalasiyanın başlamasından dörd həftə keçir, amma erməni silahlı qüvvələri artıq acınacaqlı vəziyyətə düşüb. Azərbaycan PUA-ları və artilleriyası onları geri çəkilməyə məcbur edir. İtkilərinin yerini doldura bilməyən aciz erməni ordusu isə mövqelərini itirir.

Bu barədə “Avrasiyanet”də (Eurasianet) Dağlıq Qarabağda Ermənistan ordusunun hərbi vəziyyətinin qeyri-müəyyən olması barədə dərc edilən məqalədə bildirilib.

Qeyd edilib ki, hazırda Ermənistan silahlı qüvvələri tam mühasirəyə alınmaq təhlükəsi ilə üz-üzədir:

“Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinə Azərbaycan artilleriasının əli çatır. İstisna edilmir ki, Azərbaycan bu yolu bir neçə gün ərzində nəzarət altına alıb və ya onun qarşısını kəsmək imkanına malik olacaq.

Cəbrayıl, Hadrut və Füzulini nəzarətə götürərək Azərbaycan hərbçiləri qərbə, Həkəri çayı vadisinə tərəf gedərək, şimala üz tutub. Qarşıdurma bitməyib, amma artıq aydındır ki, Ermənistan Azərbaycanın nailiyyətləri qarşısında acizdir və itkilərinin yerini dolldurmaq imkanına sahib deyil. Mövqelərini təslim etməmək cəhdi isə erməni ordusunun mühasirəyə düşməsinə səbəb olacaq. Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsini dayandırmaq niyyətində olduğuna dair heç bir əlamət olmasa da, rəsmi Bakı uğuru hərbi əməliyyatların və ərazilərinin öz nəzarətinə qaytarılması baxımından əhəmiyyətli siyasi qələbə iddiasında ola bilər.

Hərbi üstünlük çoxdan Ermənistan üzərində keyfiyyət və kəmiyyət üstünlüyünə sahib olan Azərbaycan Ordusu tərəfindədir. Onilliklər ərzində rəsmi Bakı enerji resurslarının ixracından əldə olunan vəsaiti Rusiya, Türkiyə və İsraildən texnika almağa sərf edərək Silahlı Qüvvələrini modernləşdirib.

Ermənistan tərəfi Azərbaycanın onların hərbi zirehli maşınlarını, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi obyektlərini məhv edən PUA-larına hazır deyildi. Az sayda olan köhnəlmiş HHM sistemləri və hava hücumlarının hədəfinə çevriləcək şəkildə yerləşdirilmiş zirehli texnika Ermənistan ordusuna Azərbaycanın potensialına uyğunlaşma imkanı vermir.

Beləliklə, Azərbaycan müasir zirehli texnikanın dəstəyi ilə inamla irəliləyir. Ermənistanın müqaviməti zəiflədikcə Azərbaycan yerli üstünlük əldə edir. Bəzi bölgələrdə isə demək olar ki, müqavimətsiz irəliləyir.

Atəşkəs barədə razılığa gəlmək cəhdləri heç bir nəticə vermədi. Rəsmi Bakı açıq-aşkar qalib gəlir. Azərbaycan qoşunlarının getdikcə Ermənistanla sərhədə yaxınlaşması rəsmi İrəvan üçün daha təhlükləli ola bilər. Hərbi məğlubiyyətin Ermənistan rəhbərliyi üçün siyasi nəticələri olacaq. Rəsmi Bakının məqsədi Ermənistanın işğalı altında olan bütün Dağlıq Qarabağı və ətraf rayonları geri qaytarmaqdır. Tərəflər arasında atəşkəs razılığı olsa belə, Ermənistan bu addımı hərbi əməliyyatların hər an yenidən başlaya biləcəyini anlayaraq atacaq. Eyni zamanda, Ermənistanın böyük itkilərdən sonra silahlı qüvvələrini bərpa etmək üçün çox pis perspektivləri var”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib