Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb

Amerikada yaşayan soydaşımız, Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli  Nyu York şəhəri, 9-cu konqres  dairəsinin təmsilçisi xanım Yvette Klark ilə görüşüb.  Ercan Yerdələnli Qarabağ həqiqətləri və Ermənistan terroru barədə dairə təmsilçisinə məlumat verib. Görüşdə iştirak edən Türkiyənin Nyu-Yorkdakı Baş konsulu cənab Reyhan Özgür də Ermənistanın işğalçı siyasət yürütdüyünü bildirib. Xanım Yvette Klark görüşdən məmnunluğunu ifadə edib, seçkilərdən sonra yenidən görüşməyə söz verib. 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP