Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib

Parisdəki Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans”a müsahibə verib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğurunda apardığı haqlı mübarizəsindən danışan Mirvari Fətəliyeva qondarma “Dağlıq Qarabağ Respublikası”nı BMT-nin heç bir üzvü, hətta Ermənistan tərəfindən də tanınmadığını da vurğulayıb. O həmçinin 30 ilə yaxındır beynəlxalq ictimaiyyətin, xüsusilə də ATƏT-in Minsk qrupunun beynəlxalq hüququn tətbiqi, münaqişənin sülh yolu ilə həlli üçün lazımi səyləri göstərmədiyini də qeyd edib. Mirvari Fətəliyeva Ermənistan Silahlı Qüvvələrinin onları doğma kəndlərindən necə vəhşicəsinə qovmalarından və Xocalı Soyqırımında 613 dinc sakinin qətlə yertirmələrindən danışaraq bu münaqişənin tezliklə başa çatacağına və əcdadlarının dəfn olunduğu torpaqları yenidən görə biləcəyənə inamını bildirib.

Bununla yanaşı, müsahibə zamanı M. Fətəliyeva bildirib ki, müharibədə Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsi ilə bağlı iddialar əsassızdır və rəsmi Bakı da belə iddiaları hər zaman rədd edib.

https://fr.sputniknews.com/international/202010171044591584-haut-karabakh-lazerbaidjan-ne-renoncera-jamais-a-recuperer-ses-terres-cest-une-question/

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi