“Onlar cəzalandırılacaq” – “Qəbələ”nin vitse-prezidenti

Xəbər verdiyimiz kimi, “Qəbələ” Topaz Premyer Liqasının 6-cı turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.

“qafqazinfo”  xəbər verir ki, oyundan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb.

Nəcəfov ilk olaraq komandanın iki üzvü – Stiven Monroz və Ruslan Qurbanov arasında baş verən qalmaqala münasibət bildirib:

– Bu, xoşagəlməz haldır. Mən şəxsən bunu qəbul edə bilmirəm. Komanda yoldaşları belə kobud rəftar edə bilməzlər. Araşdırılacaq və kim günahkardırsa, ciddi şəkildə cəzalanacaq. Başqa cür mümkün də deyil. Bu, baş məşqçi və futbolçu arasında olan məsələ deyil. Birbaşa klubun imicidir.

– Oyun komponentində sizi narazı salan daha çox nədir?

– Bu məşqçiyə aid olan məsələlərdir. Ancaq mənim istədiyim kimi top saxlamırıq. Bu gün çox imkan əldə etdik, amma 2 dəfə fərqləndik. Müdafiədə çox səhvlər etdik. Məşqçimiz səhvləri bilir. Mən bir şeyi növbəti dəfə vurğulamaq istəyirəm: çempionatın limiti dəyişdirilməlidir. Yerli oyunçu baxımından əziyyət çəkirik. Nəticə qazana bilmirik deyə demirəm. Məsələyə ümumi baxıram. Çempionatda “Qarabağ”dan başqa hamı bu problemlə üzləşir. Ola bilsin ki, onlar bu işi daha yaxşı görüblər. Yəqin ki,  “Qarabağ” bu məslədə daha yaxşı iş görüb. Bunu etiraf etmək lazımdır. Biz də etmək istəyirik, ancaq alınmır. Yerli futbolçu demək olar ki, yoxdur.

– Ramin Musayevlə matçı birgə izlədiniz. Onunla bu məsələdə danışdınız?

– O, fikirlərimlə tam razıdır. Özündən də soruşa bilərsiniz. Bu məsələni qaldırmaq lazımdır ki, növbəti mövsüm bunu azaldaq. Demirik ki, birdəfəlik limit ləğv olunsun. Start heyətdə 5 deyil, 3 azərbaycanlı olsun. Ancaq süni inkişafla uğur olmaz. Limit üçə endirilsə, futbolçular arasında da rəqabət yüksək olacaq.

– Komandada maliyyə durumunun zəiflədiyi və maaşların verilmədiyi xəbərləri dolaşır…

– Siz bunu hardan eşitmisiniz? Bu, normal haldır. Bir az gecikmə oldu. Artıq məvaciblər verilib. Hər şey qaydasındadır. Komandada ab-hava yaxşıdır.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi