Almaniya azərbaycanlıları ayağa qalxdı

Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq aksiya təşkil edilib. 

Aksiya iştirakçıları Pariser Platz meydanından Brandenburq qapılarına yürüş ediblər. Çıxış edənlər işğalçı Ermənistanın Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərində, o cümlədən müxtəlif rayonlarda dinc əhalisinə hədəflənmiş terror aktını insanlıq əleyhinə yönələn müharibə cinayəti kimi qiymətləndiriblər. Aksiyada dünya ictimaiyyətindən  Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktlarına biganə qalmamaq və təcavüzkar dövlətin törətdiyi terror və soyqırımı aktlarına görə cəzalandırılmaları tələb edilib. 

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndiriblər.

Fransa, İtaliya, İrlandiya və bir sıra başqa ölkələrin bayraqlarının dalğalandığı tədbirdə bu ölkədəki Azərbaycan icması ilə yanaşı türk, Ukrayna, yəhudi icmalarının nümayəndələri və digərləri iştirak edib. Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib