Millət vəkili Emin Hacıyev: “Azərbaycan diasporu doğma Vətənə dəstək göstərir”

2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başlaması, təxribatlar nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında itkilərin olması, yaşayış məntəqələrinə ciddi ziyan dəyməsi bu gün dünya azərbaycanlılarını da ayağa qaldırıb. Xaricdə yaşayan milyonlarla insan Ana vətəninə həmrəylik nümayiş etdirir və cənab Ali Baş Komandanın yanında olduqlarını bəyan edirlər.
İşğalçı qüvvələrin Tərtər, Bərdə, Füzuli, Daşkəsən, Şəmkir, Beyləqan, Göygöl, Goranboy, Gədəbəy, Qazax, Tovuz rayonlarında, Gəncə şəhərində yaşayan mülki əhalini və obyektləri hədəfə almasına etiraz edən soydaşlarımız yaşadıqları ölkələrin rəhbərlərinə, parlamentlərinə, dövlət və ictimai qurumlara, beynəlxalq təşkilatlara həqiqətləri ifadə edən müraciətlər, məktub və bəyanatlar göndərir, Azərbaycan ordusunun haqq mübarizəsinə dəstək olurlar. Onlar qızğın informasiya mübarizəsinin getdiyi bir dönəmdə beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün mətbuat konfransları təşkil edir, xarici mediaya çıxırlar.
Facebook, Twitter, Telegram, İnstagram kimi sosial şəbəkə səhifələrində azərbaycanlıların çeviklyi və aktivliyi diqqətimizdən yayınmır.
Bütün bunlar soydaşlarımızın Vətən sevgisi ilə yanaşı, Ali Baş Komandana inamı, Azərbaycan hakimiyyətinin diaspor siyasətinin düzgün qurulması və həyata keçirilən layihələrin effektivliyinin göstəricisidir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi