Emin Hacıyev: Düşmən döyüş meydanında məğlub olduğunu qəbul etmək istəməsə də, reallığı heç nə dəyişə bilməz

“Biz az qala hər gün mülki şəxslərin, azyaşlıların qətlə yetirilməsi, eləcə də öz vəzifə borclarını yerinə yetirən jurnalistlərin atəşə tutulması xəbərlərini eşidirik. Günahsız insanları öldürmək, mülki infrastruktura xələl yetirmək məqsədilə Ermənistan ordusu, məkrli düşmən bütün vasitələrə əl atır. Bu bir yandan humanitar atəşkəs rejiminin pozulması, digər tərəfdən 1949-cu il Cenevrə konvensiyalarına məhəl qoyulmamasıdır”.

Bu fikirləri millət vəkili Emin Hacıyev cəbhəyanı zonada və Qarabağdan minlərlə km aralıda olan yaşayış məntəqələrimizdə Ermənistan ordusunun törətdiyi vəhşilik və terror aktları ilə bağlı danışarkən deyib. O bildirib ki, bizim şəhər və kəndlərimiz demək olar ki, fasiləsiz atəşə tutulur, çoxsaylı mülki obyektlərə ziyan dəyir. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər  Azərbaycan Respublikasının bir sıra rayonlarına yüzlərlə mərmi atıb. Düşmən döyüş meydanında məğlub olduğunu qəbul etmək istəməsə də, reallığı heç nə dəyişə bilməz. Qələbə Azərbaycanındır! Düşünürəm ki, nəinki, beynəlxalq təşkilat və qurumlar, eləcə də dünyanın müxtəlif ölkələrində ictimai rəyə təsir edə bilən hər bir şəxs, mətbuat orqanları mülki şəxslərin, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə biganə qalmamalıdır. Atəşkəs haqqında razılaşmanın təşəbbüskarı və təminatçısı olan Rusiya Ermənistanın hərbi-siyasi rəhbərliyindən törətdiyi terror aktlarına görə hesabat tələb etməli, Ermənistana qarşı təzyiq mexanizmləri işə salınmalı, mülki əhaliyə qarşı terror aktlarına son verilməsi ciddi şəkildə tələb edilməlidir. Dünya bu dəfə də Ermənistanın əməllərini soyuqqanlılıqla qarşılayacaqsa, Paşinyan rejimi daha böyük vəhşiliklərə əl ata bilər və nəticədə bütövlükdə regionda sülhün və təhlükəsizliyin təminatı müşkülə çevrilər.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi