Qarabağa sülhməramlılar bu halda yerləşdirilə bilər – Kremldən açıqlama
Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.
APA nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Burada məsələ ilk növbədə münaqişə tərəflərinin buna hazır olub-olmamasıdır, məhz Azərbaycan və Ermənistanın. Bölgəyə hər hansı sülhməramlıların və ya müşahidəçilərin – kim olur olsun – yerləşdirilməsi ancaq hər iki tərəfin razılığı ilə mümkündür. Hələlik biz buna cavab eşitməmişik”, – deyə D. Peskov “Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingent göndərməyə hazırdırmı” sualına cavabında vurğulayıb.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP