Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər – YENİLƏNİB

Türkiyə və Rusiya prezidentləri arasındakı telefon danışığına dair Türkiyə Cümhurbaşkanlığı da açıqlama yayıb.

Telefon danışığında Türkiyə-Rusiya münasibətləri, həmçinin Azərbaycan-Ermənistan məsələsi, Suriya və Liviyadakı vəziyyət müzakirə olunub.

Türkiyə prezidenti Ərdoğan Azərbaycan torpaqlarına hücum edərək, yeni gərginlik yaratmış Ermənistanın 30 illik işğalı davam etdirməyə çalışdığını qeyd edib. Ərdoğan Türkiyənin həm Minsk qrupu üzvü, həm də ikili münasibətlər çərçivəsində bu məsələnin həllinin tərəfdarı olduğunu ifadə edib.

***

21:00

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatina görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub.

Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb.

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi