Ötən ay OPEC üzrə neft istehsalı azalıb

Sentyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı azalıb.

Bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı avqust ayı ilə müqayisədə 50 min barrel azalaraq sutkada 24 milyon 11 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 26,6 faiz təşkil edib.

Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox artıran ölkələr Liviya, İraq və Səudiyyə Ərəbistanı olub. Liviyada gündəlik hasilat əvvəlki aya görə 53 min barrel, İraqda 46 min barrel, Səudiyyə Ərəbistanında isə 35 min barrel artıb.

Sentyabrda kartelə üzv ölkələrdən neft istehsalı ən çox Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) azalıb. Bu ölkənin sutkalıq hasilatı 239 min barrel geriləyib.

Keçən ay dünyadakı qazma qurğularının sayı avqust ayı ilə müqayisədə 31 ədəd azalaraq 1137 olub. Həmin qurğuların 363-ü OPEC-ə üzv ölkələrdədir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi