“Həmsədrlər Minsk Qrupuna hesabat verməlidir” – Çavuşoğlu

“İsveçli həmkarım Ann Linde ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətlə əlaqədar fikir mübadiləsi apardıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuzda törətdiyi təxribat, eyni zamanda mülki əhaliyə qarşı hücumlar barədə A. Lindeni məlumatlandırıb.

“Türkiyə olaraq bu günə qədər münaqişənin sülh yolu ilə həllini dəstəklədiyimizi bəyan etmişik. Lakin bu cəhdlərin nəticəsiz qalması Ermənistanı daha da cəsarətləndirdi. Ermənistan xüsusilə azərbaycanlı mülki əhalini hədəf alır. Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Mülki əhali arasında xeyli sayda itki var. Həmsədrlər münaqişəni həll etmək üçün bu günə qədər konkret bir addım atmayıblar. Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var. Bu təklifi bu gün gündəmə gətirdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir. Artıq bu istiqamətdə addım atmağımız lazımdır. Münaqişənin həllinin tək yolu Ermənistanın Azərbaycan torpaqlarından çıxmasıdır. Biz bunu dəfələrlə bildirmişik. Biz həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəklədiyimizi dedik. Bu gün də bunu deyirik”, – Türkiyə XİN başçısı vurğulayıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi