Ermənistanın təkcə döyüş xətti deyil, informasiya səddi də dağıdılıb

Prezident İlham Əliyev döyüş cəbhəsində olduğu kimi, informasiya cəbhəsində də məharətli sərkərdə kimi davranır

Hərbi əməliyyatlar bərpa olunandan sonra keçən qısa dövr ərzində – sentyabrın 27-dən bu günədək  Prezident İlham Əliyev dünyanın nüfuzlu  10 televiziya kanalına müsahibə verib. “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın aparıcı transmilli KİV-lərinə,  o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın  “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Prezident  Azərbaycana qarşı  irəli sürülən yanlış arqumentləri, tirajlanan “feyk-nyuslar”ı ifşa etdi, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbələr vurdu.  Bu müsahibələrdə Prezident  Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi  amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini əsaslandırdı.
Ermənilər döyüşlərin ilk günlərindən iddia edirdilər ki, guya Azərbaycan Qarabağ cəbhəsinə İraqdan, Suriyadan cihadçı dəstələr gətirib. Təəssüf ki, bu fikri digər ermənipərəst qüvvələr kimi, Fransa prezidenti də dilə gətirdi. Prezident İlham Əliyev xarici TV-lərə  müsahibəsində bu ittihama qısa, lakonik cavab verdi. Azərbaycan əhalisinin  10 milyon nəfər, Ermənistan əhalisinin isə  2 milyon nəfərdən bir az artıq olduğunu qeyd etdi. Kənardan silahlı dəstələr cəlb etməyə onların ehtiyacının olduğunu əsaslandırdı.  Cavab o qədər sərrast oldu ki, Ermənistan tərəfi bu ittihamı geri çəkib fərqli tezislər üzərində düşünmək məcburiyyətində qaldı.

Növbəti həmlələrini 2 istiqamətdə qurduqları görünürdü. Bir istiqamət Türkiyənin mövcud müharibədə rolunu qabartmağa, ikinci istiqamət isə Rusiya Federasiyası ilə münasibətləri korlaya biləcək faktların uydurulmasına yönəlib. Hiss olunurdu ki, erməni lobbisi, ermənilərin  xaricdəki havadarları bu cür həmlələrlə özləri  üçün münbit informasiya mühiti yaradıb dünya ictimaiyyətini çaşdırmağa cəhd edirlər. Prezident İlham Əliyevin  məsələlərə operativ müdaxiləsi, reaksiyası  prosesləri nəzarətə götürməyə, vəziyyəti idarə etməyə şərait yaratdı. Prezident ilk növbədə Türkiyəyə və Rusiya Federasiyasına məxsus telekanallara müsahibələr verdi, erməni şəbəkəsi tərəfindən uydurulan qondarma faktlara tutarlı cavablar verdi. Türkiyənin Azərbaycana yalnız mənəvi və siyasi dəstək verdiyini əsaslandıra bildi. Rusiya Federasiyasına məxsus telekanallara intensiv müsahibələrin verilməsi də, bu baxımdan ciddi önəm daşıyır.

Bu dövrdə diqqət çəkən amillərdən biri də Prezident İlham Əliyevin sosial şəbəkə platformalarında  aktiv şəkildə görünməsidir. Prezidentə məxsus Facebook, Twitter hesabları intensiv şəkildə yenilənir, gün ərzində bir neçə dəfə münasibət, şərh və yeni xəbərlərlə təmin edilir. Hazırda Prezidentə məxsus sosial şəbəkə hesabları rekord sayda izləyici auditoriyasına malikdir.
TV kanallar, sosial şəbəkə hesabları kimi müxtəlif platformalarda çıxış edən Prezident nitq üslubunu da uyğun seçir. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışlar üçün seçdiyi üslub, sərgilədiyi manevrlər, səsləndirdiyi arqumentlər  xüsusi önəm daşıyır. Xarici mediaya müsahibələri,  kəskin suallara cavab olaraq səsləndirdiyi tutarlı arqumentlər onun mahir siyasətçi, diplomat kimi məharətini göstərir. Daxili auditoriya üçün müsahibələri isə xalqı ruhlandırır, xalqın ürəyindən xəbər verir, xalqın sözünü və mövqeyini ifadə edir. Bu müsahibələr Azərbaycan xalqını Prezident İlham Əliyev ətrafında  daha sıx birləşdirir, ona olan  güvəni artırır. Xalq öz prezidnetini birmənalı şəkildə və tam olaraq dəstəkləyir.

Ali Baş Komandan həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə edir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib