ANAMA 374 bombanı partladaraq zərərsizləşdirib – FOTO

12 oktyabr tarixində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tovuz, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 25 (iyirmi beş) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan  verilən məlumata görə, daxil olmuş 27 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Təzəkənd, Alıbəyli, İmamqulubəyli kəndləri, Ağcabədi rayonunun Rəncbərlər, Arazbar, Hacılar kəndləri, Hacıbəyov və Xan Şuşinski küçələri, Bərdə rayonunun Hacılı kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Qazaxlar, Şükürbəyli kəndləri və haramı düzü, Goranboy rayonunun Tapqaraqoyunlu və Aşağı Ağcakənd kəndləri, Tovuz rayonunun Aşağı Mülkülü kəndi, Tərtər şəhərinin F.Qulami, N.İsgəndərov, T.Hüseynov, R.Orucov, V.Həsənov və Ü.Hacıbəyov küçələrinə, Gəncə və Mingəçevir şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 240 mm-lik M24F raketi, 1 ədəd 100 mm-lik top mərmisi (OF-32), 1 ədəd 9M528 raketinin idarəetmə bloku, 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 374 ədəd bomba partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 1 276 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi