Yunus Oğuz: “Ali Baş Komandan uğurlu informasiya müharibəsi aparır”

“Dünyada anoloqu olmayan hibrid müharibə gedir. Yəni bir tərəfdə köhnə, klassik silahlarla silanmış, digər tərəfdə isə yeni, texnoloji silahlarla təchiz olunmuş qüvvə dayanıb. Eyni zamanda bütün bunların fonunda bir informasiya müharibəsi gedir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz səsləndirib. Onun sözlərinə görə, Suriyada hadisələrindən sonra ilk dəfədir ki, Azərbaycan üçlü hibrid müharibəsini tətbiq edir: “Birincisini Türkiyə tətbiq etmişdi. İkincisini də biz edirik. Ən maraqlısı odur ki, bu müharibənin hər birində Ali Baş Komandan özü birbaşa iştirak edir. Yəni birbaşa dövlət başçısı, Ali Baş Komandan özü elan edir ki, artıq status-kvo, təmas xətti yoxdur. Bunu Müdafiə Nazirliyi, yaxud Prezident Administrasiyasının rəsmisi də deyə bilərdi. Ancaq gördüyümüz kimi Prezident özü birbaşa həm də informasiya müharibəsini aparır”.

Partiya sədri qeyd edib ki, dünyanın aparıcı KİV-ləri, televiziya kanalları da bu ərəfədə regionda baş verənləri birbaşa Azərbaycan Prezidentindən öyrənmək üçün onunla müsahibəya ciddi maraq göstərirlər: “Əl-Cəzirə, Əl-Arabiya, TRT Haber, SNN Türk, Rusiyanın bir neçə televiziya kanalı, RBK, Evronews, “Haber Global” və digər televiziya kanallarını  qeyd etmək olar.  Onu da qeyd edim ki, dövlət başçısı həmin müsahibələr zamanı jurnlaistlərin ən sərt suallarını belə eynini pozmadan, üz cizgilərini dəyişmədən cavablandırır. Azərbaycanın, Azərbaycan Ordusunun işi haqq işi, ədalətli olduğu üçün prezident özü bütün suallara çəkinmədən cavab verir. Dünya siyasətində indiyə qədər belə bir şey görünməmişdi ki, dövlət başçısı birbaşa bütün suallara detallarla cavab versin.  Bu dünya praktikasında yox idi. Təbii ki, bu da çox sevindirici haldır. Dövlət başçısı ona ünvanlanan bütün suallara detalları ilə, ətraflı şəkildə cavab verməklə yanaşı, eyni zamanda uğurlu informasiya müharibəsini aparır”.

Yunus Oğuzun sözlərinə görə, bütün bunlardan əldə edilən digər bir qənaət də ondan ibarətdir ki, geriyə yol yoxdur və bu bizim haqq işimizdir: “Biz Azərbaycanın ərazi bütpvlüyünü təmin etməkdə israrlıyıq. Prezident həmin müsahibələrdə verdiyi mesajlarla bunu bir daha təsdiqləyir. Onu da qeyd edim ki, dövlət başçısının RBK televiziya kanalına müsahibəsində də Azərbaycanın haqlı mövqeyi bir daha açıq şəkildə bəyan edildi. Bilirsiniz ki, RBK kanalı qismən ermənipərəst mövqe tutur.  Ancaq dövlət başçısı jurnalistin suallarına verdiyi kifayət qədər tutarlı cavablarla diqqət çəkdi. Düşünürəm ki, Azərbaycan ərazisində Azərbaycan dövlətinin hüquqları bərpa olunana qədər bu uğurlu nəticəni davam etdirmək lazımdır”.

Partiya sədri onu da qeyd edib ki, eynilə Evronews kanalının jurnalistinin dövlət başçısına ünvanladığı suallarda da bir qərəzli mövqe müşahidə edilirdi: “Sözügedən kanalın jurnalisti açıq şəkildə dövlət başçısına sərt, təxribatçı suallar verirdi. Dövlət başçısı da üz cizgilərini belə pozmadan suallara kifayət qədər əhatəli, sanballı cavab verdi. Artıq jurnalist özü prezidentin ətraflı cavabları qarşısında sanki çaşıb qalırdı”.

Yunus Oğuz onu da qeyd edib ki, Müdafiə Nazirliyi, eləcə də PA rəsmilərinin fəaliyyətləri də uğurlu informasiya müharibəsinə dəstəkdir: “Məsələn, artıq mətbuat konfransları 3 dildə keçirilir ki, bu da Azərbaycanda bir yenilikdir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib