Almaniya xarici işlər nazirinin açıqlaması ciddi təəssüf və təəccüb doğurur – XİN

Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması ciddi təəssüf və təəccüb doğurur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin Almaniya Xarici İşlər nazirinin açıqlamasına dair şərhində bildirilib.

Qeyd olunub ki, birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına xidmət edir.

“Bundestaq üzvlərindən biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” – deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir.

Almaniyanın da üzvü olduğu Minsk Qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti atəşkəsin davamlı sülhə çevrilməsinə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət etməmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi tədbirlər görülməmişdir.

Təəssüflə onu da qeyd edək ki, ATƏT-in və Minsk Qrupunun üzvü kimi Azərbaycanın dəfələrlə Almaniyaya müraciət etməsinə baxmayaraq, Almaniya tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməmişdir.

Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunmuşdur. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir.

Ona görə də atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət olunmalıdır. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər.

Vurğulayırıq ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks həmlələr həyata keçirir.

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir.

İndiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edirik.

Almaniyanı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırırıq”, – deyə bildirilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi