Niderlandlı deputat: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir”

Niderland parlamentində türk əsilli millət vəkili Tunahan Kuzu Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsini tələb edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının təşəbbüsü ilə parlamentdə Ermənistanın Azərbaycanın mülki əhalisini raket atəşinə tutması məsələsini qaldıran Tunahan Kuzu bildirib ki, bölgədən əlinə keçən görüntülər həqiqətən dəhşətlidir: “Evlərə bombalar yağdırılır və təəssüf ki, mülki insanlar arasında itkiyə səbəb olur”.

Parlamentdə DENK Partiyasını təmsil edən millət vəkili bildirib ki, iki ölkə arasında gərginliyi azaltmaq və danışıqlar masası arxasına keçmək üçün müxtəlif çağırışlar səsləndirilir: “Hərçənd bu çağırışları 27 ildir eşidirik. 27 ildir sözdə danışıqlar masası arxasında görüşlər kerçəkləşdirilir, amma, nədənsə, günahsız insanların qanı axmaqda davam edir”.

Niderlandlı siyasətçi nəzərə çatdırıb ki, iki ölkə arasında gərginliyin azalması barədə çağırışların əməldə gerçəkləşdirilməsi Ermənistanın işğalçı siyasəti üzündən baş tutmur: “Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdən vaz keçmir. Azərbaycan torpaqlarının 20 faizindən çoxu Ermənistanın işğalı altındadır. Ermənistanın baş naziri Nikol Paşinyan hər açıqlamasında böyük Ermənistan xəyalından özünü qurtara bilmədiyi üçün çözüm məsələsi baş tutmur”.

O əlavə edib ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir: “Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistanın dərhal geri çəkilməsi tələbi beynəlxalq hüquq baxımından tamamilə haqlı tələbdir. Bu üzdən təkrar edirəm: Hörmətli sədr! Ermənistan Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir. BMT-nin Azərbaycanın sərhədlərini tanıyan 4 qətnaməsi var. Hətta 2009-cu ildə Avropa Parlamentinin qəbul etdiyi qərarda Ermənistanın işğal etdiyi torpaqlardan dərhal geri çəkilməsi, məcburi köçkünlərin hüquqlarının bərpa olunması tələb edilib”.

Qeyd edək ki, Tunahan Kuzu 1981-ci ildə İstanbulda doğulub. Kiçik yaşında ailəsi ilə Niderlanda köçüb və təhsilini orada alıb. 2008-ci ildə Niderlandın İşçi Partiyasından Rotterdam bələdiyyəsinin məclisinə seçilib. 2012-ci ildə həmin partiyanın millət vəkili olaraq Niderland Parlamentinin üzvü seçilib. 2015-ci il fevralın 9-da deputat həmkarı Səlcuk Öztürklə birlikdə Niderlandda yaşayan milli azlıqların hüquqlarını qoruyan DENK Partiyasını yaradıblar.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib