Prezidentin köməkçisinin açıqlaması “The London Post”da – FOTO

Böyük Britaniya “The London Post” portalı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını yayıb.

AZƏRTAC xəbər verir ki, yayımlanan materialda Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində mülki şəxslərin xəsarət aldığı və həlak olduğu, dövlət və özəl mülkiyyətə zərər dəydiyi qeyd olunub.

Məqalədə qeyd olunub ki, hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi müharibə cinayətdir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP