Meyn-Azərbaycan Cəmiyyəti bəyanat yayaraq ABŞ-ı ədalətli mövqe nümayiş etdirməyə çağırıb

Meyn-Azərbaycan Cəmiyyətinin üzvləri və dost nümayəndələr, ABŞ konrqresmenləri Ceki Speyer, Adam Şiff, Frank Pallon, Qus Bilirakis, Brad Şerman, Anna Eşo tərəfindən təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa koordinasiyalı hücumunu qınamaq və Türkiyənin münaqişəyə müdaxiləsini pisləyən qətnamə” layihəsindən narahatlıqlarını ifadə edən bəyanat yayıb. Qeyd olunub ki, bu qətnamə ABŞ-ın strateji maraqlarına xələl gətirəcək.

Bəyanatda 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin ölkəmizin cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı artilleriya qurğularından atəşə tutması və nəticədə 2 məktəbli uşaq da daxil olmaqla 14 mülki şəxsin ölümü və 40-dan çox yaralının olması faktı diqqətə çatdırılıb.

Həmçinin qeyd olunub ki, hal-hazırda, Ermənistan suriyalı döyüşçülərin Azərbaycana getmələri və ya ermənilərə məxsus döyüş təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulması ilə bağlı tamamilə uydurma iddialar da daxil olmaqla koordinasiyalı dezinformasiya kampaniyası aparır. Bu yalanların heç biri təsdiqlənməyib və sübut olunmayıb. Ermənistan tərəfindən aparılan bu təbliğat kampaniyasının səbəbi diqqəti Azərbaycanın mülki əhalisinə qarşı vəhşiliklərdən yayındırmaq, həmçinin, mövcud döyüş əməliyyatlarına üçüncü tərəfi cəlb etməkdir. “Azərbaycan tərəfdə xarici döyüşçü yoxdur. Əksinə, Ermənistanın uzun müddətdir ki, Yaxın Şərqin terrorçuları ilə əlaqələri var. Ermənistan işğal altındakı Azərbaycan ərazilərində Livan ermənilərini qanunsuz məskunlaşdırır” – deyə bəyanatda qeyd olunub.

Bəyanatda qətnamə layihəsini irəli sürən konqresmenlərin ermənipərəst olduğu ilə bağlı faktlar diqqətə çatdırılıb və bildirilib ki, Konqres ABŞ-ın maraqlarına zidd olan, Minsk Qrupunun həmsədri və dürüst bir vasitəçi kimi ABŞ-ın rolunu zədələyən bu qətnaməni rədd etməlidir.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi