Azərbaycan elmini və mədəniyyətini xarici ölkələrdə təmsil edən ictimai xadimlərlə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan elmini və mədəniyyətini xarici ölkələrdə təmsil edən bir sıra ictimai xadimlərlə görüş keçirilib.

Görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatırılmasında alimlərin, ictimai xadimlərin rolundan danışıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev azərbaycanlı alimlərin beynəlxalq əlaqələrinin genişliyi, diasporumuzun informasiya müharibəsində qazandığı uğurlar və son illər Komitənin fəaliyyətinin keyfiyyət göstəricilərinin yüksəlməsi barədə danışıb.

Azərbaycan-Skandinaviya Əməkdaşlığı İctimai Birliyinin sədri Bəhram Atabəyli görüş iştirakçılarının diqqətinə çatdırıb ki, hələ uzun illər öncə, konsul işləyərkən, Vaşinqtonda görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşüb. O, qeyd edib ki, o vaxt ümummilli lider diasporun formalaşmasının əhəmiyyəti barədə danışaraq bu işin əsas hədəflərdən biri olduğunu deyirdi. Biz bu gün ulu öndər H.Əliyevin ideyalarının reallaşdığının, diasporumuzun formalaşdığının və mütəşəkkilliyin artdığının şahidi oluruq.

Görüşdə çıxış edənlər cəbhəyanı zonada baş verənlər, ümumilikdə Ermənistanın təxribatları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatırılması, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi üçün əllərindən gələni edəcəklərini, bu işi sistemli və ardıcıl aparacaqlarını bildiriblər.

Elm və mədəniyyət xadimləri müxtəlif təkliflər irəli sürüb, belə görüşlərin davamlı keçirilməsinin daha yaxşı nəticələrə gətirib çıxaracağına ümid etdiklərini bildiriblər.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi