İstanbulda “Səninləyik, Azərbaycan!” şüarı səsləndirilib

Türkiyənin İstanbul şəhərində “Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutan aksiyada hər iki ölkənin ictimai, mədəniyyət xadimləri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısına toplaşan aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını dalğalanlandırıblar, “Səninləyik Azərbaycan!”, “Qarabağa Azadlıq!”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı” və sair şüarları səsləndiriblər.

Aksiyada çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu bildirib ki, iyirmi səkkiz ildir haqsız yerə işğal edilən torpaqlarımızın azad edilməsinə başlanılması bütün türk millətini həyəcanlandırıb. “28 ildir qanunsuz şəkildə bölgədə qeyri-sabitlik yaradan, Xocalı soyqırımı daxil olmaqla, qətliamlar törədərək minlərlə günahsız insanı vəhşicəinə qətlə yetirən, beynəlxalq hüququ heçə sayaraq tərəfdarlarından aldığı dəstəklə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı sərt şəkildə qınayırıq. Bölgədə sıxışıb qalan, iqtisadi və siyasi problemlər yaşayan Ermənistan Azərbaycana hücum etməklə öz aləmində çıxış yolu tapmaq istədi.

Buna cavab olaraq Azərbaycan müdafiə hüququndan istifadə edərək işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərəkətə keçib. Azərbaycan dövlətinin bu təşəbbüsünü tam dəstəkləyirik. Bəzi güclərə arxalanan Ermənistan bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. 83 milyonluq Türkiyə xalqı və 300 milyonluq türk dünyası olaraq Azərbaycanın haqlı mübarizəsində sonadək qardaşlarımızın yanındayıq. Türk millətinin səbri daşıb, “Bəsdir artıq!” deyirik”.

Dərnək rəhbəri həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli və ayıq-sayıq olmağa çağırıb.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib