Amerika Azərbaycanlıları Şəbəkəsi Ermənistanın təxribatlarına etiraz olaraq məktub kampaniyasına başlayıb

ABŞ ictimaiyyətinin diqqətini təcavüzkar Ermənistanın bütün cəbhəboyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsinə cəlb etmək məqsədilə bu ölkədə fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network) ABŞ-ın qanunvericilik orqanlarına məktublar ünvanlayıb.

Məktubda bildirilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı müharibənin başlamasından sonra ABŞ-ın strateji müttəfiqi olan Azərbaycanda hərbi vəziyyət elan olunub.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşdirilmiş dəstələri Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca mövqelərini və cəbhə xəttinin ətrafındakı yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycana qarşı hücuma başlayıblar. Şiddətli atəş nəticəsində mülki şəxslərin öldürülüb ki, onların arasında bir ailənin beş üzvü və məktəbli şagirdlər də var.

Ermənistanın təcavüzünə əks həmlə ilə cavab verən Azərbaycan silahlı qüvvələri Füzuli və Cəbrayıl rayonlarında bir neçə kəndi işğaldan azad edib, Murovdağdakı strateji yüksəkliklərə nəzarəti bərpa edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməklə silahlı qüvvələrini işğal altında olan Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxartmalıdır. Havadarları tərəfindən silahla təchiz edilən Ermənistana diplomatik və siyasi dəstəyin verilməsi davam edir. ABŞ müttəfiqləri ilə birlikdə Cənubi Qafqazdakı imperiya layihələrinə qarşı durmalıdır – deyə məktubda qeyd edilir.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi