“Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandı

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsində qüvvəsini sınayıb.

Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə qarşılaşan Ağdam təmsilçisi Polşanın “Legiya” ilə qarşılaşıb. Avrokubok mövsümündə ilk səfər sınağına çıxan “Qarabağ” bir matçdan ibarət mərhələnin matçını Varşavada keçirib.

Oyunun ilk yarısında ərazi üstünlüyünə yiyələnən “Qarabağ” bir neçə qol imkanı yaratsa da, hesabı aça bilməyib. Təmsilçimiz matçın taleyini fasilədən sonra həll edib.

Komandanın bu yay transfer etdiyi Patrik Andrade ikinci hissənin əvvəlində Polşa çempionunun qapısına yol tapıb. Ardınca Abdullah Zubir və Filip Ozobiç də meydan sahiblərini məyus edib. Bununla da “Qarabağ” Varşava səfərində böyükhesablı qələbə qazanıb – 3:0.

Beləliklə, Azərbaycan çempionu 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Bunadək bir dəfə Çempionlar Liqası, beş dəfə Avropa Liqasının qrupuna düşən “Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
22:00. “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3

Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 70
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)

“Legiya”: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 55. Artur Yendjerçik, 25. Filip Mladenoviç, 7. Domaqoy Antoliç, 99. Bartoş Sliç, 21. Rafael Lopeş, 11. Coel Valensiya, 67. Bartoş Kapustka, 9. Tomaş Pekhart.

Ehtiyat oyunçular: 33. Radoslav Tsejnyak, 4. Mateuş Vateska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas.

Baş məşqçi: Çeslav Mixneviç.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 8. Uroş Matiç, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Ovusu Kvabena.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev.

Baş məşqçi: Qurban Qurbanov.

Varşava. Ordu stadionu

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi