Azərbaycan ordusu Düşmənin “S-300” müdafiə sistemini darmafağın etdi

“Ermənistanın Azərbaycan ordusu tərəfindən məhv edilən 1 ədəd “S-300” hava hücumundan müdafiə sisteminin qiyməti 115 milyon, “SU-25” döyüş təyyarəsinin qiyməti isə 11 milyon dollardır”.

Bunu iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu düşmənin strateji obyektlərinin və infrastrukturunun, eləcə də döyüş texnikasının sıradan çıxarılması taktikası ilə döyüşür:

“Bununla da dinc əhalinin təhlükəsizliyi prinsiplərinə sadiqliyini nümayiş etdirir, həm də ağıllı və ardıcıl hərbi strategiya yeridir. Ötən günlər ərzində sıradan çıxan ən əhəmiyyətli döyüş texnikası “SU -25” (təlaş içərisində idarəetməni itirərək dağa çırpılıb) və “S-300” zenit-raket qurğusudur. “SU-25” döyüş təyyarəsinin qiyməti 11 milyon dollardır.

“S-300” raket qurğusu Azərbaycan ordusunun dəqiq zərbəsi ilə Xocalı rayonunun Şuşakənd ərazisində məhv edilib. Bu qurğu hədəfləri 47 kilometrdən 150 kilometrə qədər məsafədə vurma, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malik idi. Qiyməti 115 milyon dollardır.

Bundan əlavə, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dünən gün ərzində saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb”.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi