Avropa Liqasında mübarizəyə pley-offdan başlanılacaq
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Qurban Qurbanovun yetirmələri Avropa Liqasında mübarizəyə pley-offdan başlayacaq.
Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə qarşılaşan Ağdam təmsilçisi mövsümdə ilk səfər sınağına çıxacaq. “Qarabağ” Avropa Liqasının qrupuna son addımı “Legiya” ilə Varşavadakı qarşılaşmada atmalıdır.
Qeyd edək ki, “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
22:00. “Legiya” (Polşa) – “Qarabağ”
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)
Varşava. Ordu stadionu
—————————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP